17 iyun-Tibb işçilərinin peşə bayramı qeyd olundu
17 iyun-Tibb işçilərinin peşə bayramı qeyd olundu
Yevlax Şəhər İcra Hakimiyyəti və YAP Yevlax rayon təşkilatı ilə birlikdə 17 iyun səhiyyə işçilərinin peşə bayramı günü münasibətilə “Yevlax rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsi”nin akt zalında tədbir keçirildi.
Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısının müavini Elnarə Əzizova , YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, “Yevlax rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsi”nin direktoru Fazil İsmayılov və tibb işçiləri iştirak etdilər.
Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısının müavini Elnarə Əzizova tibb işçilərini peşə bayramı günü münasibətilə təbrik edərək onlara məsul və şərəfli peşələrində uğurlar arzulayıb.
E.Əzizova səhiyyəni cəmiyyət və dövlət həyatında ən mühüm sahə kimi qiymətləndirən Ulu Öndər Heydər Əliyev deyirdi ki, Səhiyyə bizim üçün, hər bir cəmiyyət və dövlət üçün çox lazımlı, həyatın bütün sahələrini əhatə edən sahədir. Onun üçün zəruri tədbirlər görülüb və gələcəkdə də görüləcəkdir. Ulu Öndərin hakimiyyətə qayıdışından sonra bir sıra fərman və sərəncamların imzalaması, tibb sahəsində həyata keçirdiyi islahatlar səhiyyə sahəsinin inkişafının əsasını qoydu. Ulu Öndər Heydər Əliyevin səhiyyəyə diqqət və qayğısının nəticəsi olaraq 2001-ci il 4 iyun tarixli Sərəncamı ilə hər il 17 iyun Tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Bu gün Ölkə Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu sosial siyasət nəticəsində müşahidə olunan inkişaf, həyatımızın hər bir sahəsini əhatə etdiyi kimi, əhalinin sağlamlığının qorunması kimi vacib bir sahədən də yan keçməyib. Cənab Prezidentin səhiyyə sahəsinə göstərdiyi diqqət və qayğının nəticəsi kimi Azərbaycanın səhiyyəsi dövrlə ayaqlaşan, qlobal dəyişikliklərə cavab verən və tərəqqi edən bir sahəyə çevrilmişdir. Bütün sahələrdə olduğu kimi səhiyyənin inkişafında Prezident İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban xanım Əliyeva tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Dünyanı ağuşuna alan koronavirusla mübarizədə əldə olunan uğurlar da məhz bu diqqətin və qayğının nəticəsidir.
Daha sonra çıxış edən YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, “Yevlax rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsi”nin direktoru Fazil İsmayılov bildirdilər ki, milli səhiyyə sistemimiz sürətlə müasirləşir, vətəndaşlarımız dövlətin yaratdığı tibb xidmətlərindən yüksək səviyyədə yararlanır. Səhiyyə sistemində aparılan islahatlar vətəndaşların sağlamlığının etibarlı təminatına xidmət edir.Bütün bunlar Ölkə Rəhbərliyinin səhiyyə sisteminin inkişafı üçün atdığı addımların nəticəsidir.
Tədbirin sonunda bir sıra tibb işçisinə Yevlax şəhər İcra Hakimiyyətinin, YAP Yevlax rayon təşkilatının Fəxri Fərmanları və qiymətli hədiyyələri təqdim olundu.