15 iyun - Milli Qurtuluş Günü münasibətilə Yevlax şəhər İcra Hakimiyyəti Başçısı aparatının yevlaxlıları təbriki
15 iyun 2023 | 07:17
15 iyun - Milli Qurtuluş Günü münasibətilə Yevlax şəhər İcra Hakimiyyəti Başçısı aparatının yevlaxlıları təbriki
Əziz yevlaxlılar !
Sizlərin hər birinizi 15 iyun - Milli Qurtuluş Günü münasibətilə səmimi qəlbdən təbrik edirik.
Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-də xalqın təkidli tələbinə və çağırışına səs verərək hakimiyyətə ikinci dəfə qayıdışı Azərbaycanın taleyində dönüş anı oldu. Heydər Əliyev şəxsiyyətinin böyüklüyü, əzəməti, eləcə də onun xalqına, Vətəninə olan sonsuz sevgisi Azərbaycanı dirçəliş və inkişaf yoluna çıxardı, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlətə çevirdi.
Bu gün Milli Qurtuluş Gününü işğal altında olan torpaqları azad edilmiş,qalib ölkənin qalib vətəndaşı olaraq qeyd etməyimiz hər birimizdə sonsuz qurur hissi yaradır. Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin liderliyi ilə qüdrətli Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Vətən Müharibəsində əldə edilən Şanlı Qələbə məhz 15 iyun 1993-cü il tarixdən başlanan məqsədyönlü, uzaqgörən siyasətin məntiqi nəticəsi oldu.
Ulu Öndərin Özü qədər inandığı, Onun siyasətinin layiqli davamçısı, Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin güclü iradəsi və siyasi uzaqgörənliyi nəticəsində Azərbaycanın qüdrətini günbəgün artırır. Bugünkü qüdrətli Azərbaycan Ulu Öndərin xalqa məhəbbətinin, Vətən yolunda etdiyi misilsiz fədakarlığının parlaq nişanəsidir
Bayramınız mübarək!