15 iyun Milli Qurtuluş Günü ilə əlaqədar tədbir keçirildi
15 iyun Milli Qurtuluş Günü ilə əlaqədar tədbir keçirildi
Milli Qurtulu günü münasibtilə Yevlaxda silsilə tədbirlər keçilirir. Silsilə tədbirlər çərçivəsində Yevlax Şəhər İcra Hakimiyyətinin, YAP Yevlax Rayon Təşkilatının, Rayon Gənclər və İdman İdarəsinin, Yevlax “Gənclər Evi” – sosial xidmət müəssisəsinin, Gənclərin Karyera və İnkişaf Mərkəzinin Yevlax nümayəndəliyinin birgə təşkilatçılığı ilə 13 iyun 2022 – ci il tarixdə Milli Qurtuluş Gününə həsr olunmuş velosiped yarışı keçirilmişdir.
Əvvəlcə YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev çıxış edərək 15 iyun Milli Qurtuluş Gününün ölkəmizin və xalqımızın həyatındakı əhəmiyyətindən, memarı və qurucusu Ulu Öndər Heydər Əliyev olan müstəqil Azərbaycan dövlətinin keçdiyi şərəfli tarixdən ətarflı söz açdı.Yarış iştirakçılarına uğurlar arzuladı.
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısının müavini Elnarə Əzizova da 15 iyun gününün Azərbaycan tarixindəki önəmli rolundan bəhs edərək dedi ki, Azərbaycan tarixində elə məqamlar olmuşdur ki, həmin məqamlar mühüm mərhələnin başlanğıcı kimi tariximizə həkk olunmuşdur. Belə məqamlardan biri də Ümummilli Lider Heydər Əliyevin 1993-cü ilin iyununda xilaskarlıq missiyası ilə yenidən hakimiyyətə qayıtması ilə tarixə düşən hadisədir. Xalqımız hər il 15 iyun gününü Azərbaycan xalqının Milli Qurtuluş günü kimi bayram edir.
ŞİHB-nın müavini yarış iştirakçılarına uğurlar arzuladı.
Sonra yarışa start verildi. 14-29 yaş arasında 32 nəfər yeniyetmə və gəncin iştirak etdiyi velosiped yarışının qalibi Təbriz Yusifli oldu. Qalib yarışın təşkilatçıları tərəfindən kubok və mükafatla təltif edildi.