MİNNƏTDARLIQ
Azərbaycan milli mətbuatının yaranmasının 140 illiyi ölkəmizdə böyük təntənə ilə qeyd edilir. Və elə bayram təntənəli günlərin birində ölkə Prezidentinin Sərəncamı ilə mətbuatın inkişafında xidmətləri nəzərə alınmaqla bir qrup jurnalist orden və medallarla, fəxri adlarla təltif olundu. Adımın həmin Sərəncamda yer alması, “Tərəqqi” medalına layiq görülməyim hədsiz sevincimə səbəb oldu.
Biz jurnalistlər bir əsr yarıma yaxın yaşı olan Azərbaycan mətbuatının əsgərləriyik. Məqsədimiz və məramımız müstəqil Azərbaycanımızın bundan da böyük, işıqlı gələcəyi naminə fəaliyyətdir. Bu borcu ləyaqətlə yerinə yetirmək üçün ölkəmizdə hər cür şərait yaradılıb. Müstəqil Azərbaycanın müstəqil mətbuatı günümüzün tarixini şərəf və ləyaqətlə yazır. Ömrümün 50 ilə yaxın bir hissəsini çalışdığım yerli qəzet də bu missiyanı uğurla həyata keçirir. Bu gün öz oxucusunun sayına və dövriliyinə görə “Kür” əyalət mətbuatı arasında nömrə birdir. Bu gün layiq görüldüyüm mükafatı da kollektivimizin və qəzetimizin uğuru kimi dəyərləndirir, yaşadığım duyğulu anlar üçün Azərbaycan Prezidenti, jurnalistlərin yaxın dostu İlham Əliyev cənablarına sonsuz minnətdarlığımı bildirirəm.