Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyev “Lalə Tekstil” MMC-nin fabrikində olmuşdur

25 oktyabr 2007 | 15:00

Azərbaycan Prezidenti İlham Əliyev “Lalə Tekstil” MMC-nin Yevlax şəhərindəki eyniadlı fabrikində olmuşdur.

Fabrikin kollektivi dövlətimizin başçısını və xanımını hərarətlə, gül-çiçəklə qarşıladı.

Prezident İlham Əliyev fabriklə tanış oldu. Məlumat verildi ki, iki ay əvvəl işə düşmüş fabrikdə 600-dən çox adam çalışır. Fabrikin istehsal gücü ildə 7 milyon manatlıq məhsul buraxmağa imkan verir. Ayrı-ayrı sexlərdə uşaqlar və böyüklər üçün müxtəlif ölçülü paltarlar tikilir. Ölkəmizin güc nazirliklərinin sifarişləri də yerinə yetirilir. Orta aylıq əmək haqqı, iş həcmindən asılı olaraq, 100-300 manat təşkil edir.

Prezident İlham Əliyev fabrikdə quraşdırılmış Türkiyə, Almaniya, Yaponiya və digər ölkələrdən gətirilmiş avadanlıqla tanış oldu. Bildirildi ki, Azərbaycanda hələlik parça istehsal olunmadığına görə, xammal Türkiyədən gətirilir, lakin yaxın vaxtlarda yerli xammala üstünlük veriləcəkdir.

Dövlətimizin başçısı məhsulların çeşidi və keyfiyyəti ilə maraqlandı, əsasən, yerli xammaldan istifadəyə üstünlük verilməsinin əhəmiyyətini vurğuladı. Bildirdi ki, bu cür istehsal sahələrinin yaradılması yeni iş yerlərinin açılmasına və bölgələrin inkişafına böyük təsir göstərir.
 
Keçidlər