Şriftin ölçüsü :

Saytın rəngi :

TƏBRİK EDİRİK!

03 iyul 2015 | 15:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları 23 iyun – Dövlət qulluğunda çalışanların peşə bayramı münasibəti ilə “Dövlət qulluqçularının təltif edilməsi haqqında” 22 iyun 2015-ci il tarixdə Sərəncam imzalayıb. Fərəhləndirici  haldır ki, Prezidentimizin sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə təltif olunanlar sırasında Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Səlamət Zeynalov da vardır. Fəaliyyət göstərdiyi uzun illər ərzində S.Zeynalov üzərinə düşən vəzifələrin öhdəsindən həmişə vaxtında və layiqincə gəlməyə çalışmış və çox vaxt buna nail olmuşdur. Hədsiz məsuliyyət, tələbkarlıq və diqqət tələb edən bir sahədə uzun müddət qüsursuz  çalışmaq yalnız Səlamət kimi  işgüzar, vətəndaşların müraciətlərinə həssaslıqla yanaşanlara məxsus olan təqdirəlayiq keyfiyyətdir. ŞİHB Aparatının kollektivi arasında da öz mehribanlığı səmimiliyi ilə sayılıb-seçilən Səlamət müəllim  gənclərdən diqqət və qayğısını əsirgəmir, təcrübəli insan kimi onlara məsləhət və tövsiyələrini verir.
Məhz bu məziyyətlərinə  görə onun xidmətləri dövlət  başçısı tərəfindən yüksək dəyərləndirilmişdir.

Ömrünün 61-ci baharına qədəm qoymuş Səlamət  Zeynalov  vicdanlı və işgüzar  dövlət məmuru olmaqla yanaşı, həm də qayğıkeş ailə başçısıdır.  İki  oğlu var. Böyük oğlu Zaur Paylayıcı elektrik şəbəkəsində, digər oğlu Zahir isə   Milli  Ordumuzun sıralarında  kapitan rütbəsi ilə hərbi qulluqdadır.
Həmyerlimizin bu sevincinə “Kür” qəzeti olaraq biz də qoşulur, ona  son dərəcə məsuliyyətli və insana başucalığı gətirən fəaliyyətində  daha böyük uğurlar arzulayırıq.

Keçidlər