PEŞƏ BAYRAMLARINI RƏHBƏRİN ABİDƏSİ ÖNÜNDƏ QEYD ETDİLƏR
Ölkəmizin hər yerində olduğu kimi, şəhərimizdə də Milli Təhlükəsizlik orqanlarının yaradılmasının ildönümü təntənə ilə qeyd olunmuşdur. Həmin gün MTN-nin Yevlax şəhər şöbəsinin əməkdaşları müstəqil dövlətimizin banisinin baş meydandakı əzəmətli abidəsi önünə təzə-tər gül-çiçək dəstələri düzmüş, rəhbərin əziz xatirəsini ehtiramla yad etmişlər.
Elə burada MTN-nin Yevlax şəhər şöbəsinin rəisi, polkovnik Vahid Məmmədov kollektivi ənənəvi peşə bayramları münasibəti ilə təbrik edərək müstəqil ölkəmizdə bu orqanın yaradılmasında və fəaliyyətinin artırılmasında ulu öndər Heydər Əliyevin müstəsna xidməti olduğunu diqqətə çatdırdı.
Sonra Şəhər İcra Hakimiyyəti Başcısının birinci müavini Qənimət Qaraşov ŞİH Başcısı adından ölkəmizin milli təhlükəsizliyinin təmin olunmasında xidmətləri olan kollektivi təbrik edərək onlara çətin, məsuliyyətli, lakin şərəfli peşələrində uğurlar arzuladı.
Tədbir iştirakçıları sonda rəhbərin abidəsi önündə xatirə şəkli çəkdirmişlər.