12.03.2024-cü il tarixdə Yevlax Şəhər İcra Hakimiyyətinin inzibati binasında növbəti vətəndaş qəbulu keçirilib
12 mart 2024 | 14:10
12.03.2024-cü il tarixdə Yevlax Şəhər İcra Hakimiyyətinin inzibati binasında növbəti vətəndaş qəbulu keçirilib
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev əhalinin müraciətlərinin dinlənilməsi və müraciətlərin həllinə nail olunması məqsədilə növbəti vətəndaş qəbulu keçirib.
Qəbulda sakinləri narahat edən problemlər diqqətlə dinlənilib, qaldırılan məsələlərin bir qismi yerində öz həllini tapıb, Şəhər İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olmayan digər məsələlərlə bağlı isə aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.