TƏNTƏNƏ İLƏ QEYD OLUNDU
ağırış üzrə Dövlət Xidmətinin yaranmasının 3-cü ildönümü Yevlax şöbəsinin şəxsi heyəti tərəfindən təntənə ilə qeyd olundu. İlk öncə şöbənin əməkdaşları müstəqilliyimizin banisi Ulu Öndərin abidəsi önünə təzə-tər gül-çiçək dəstələri düzüb, rəhbərin əziz xatirəsini ehtiramla yad edərək xatirə şəkli çəkdirdilər.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax şöbəsində düzənlənən təntənəli yığıncaqda şöbənin rəisi polkovnik-leytenant Elxan Heydərov çıxış edərək şəxsi heyətə əlamətdar ildönümü münasibəti ilə Respublika Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimovun təbrikini çatdırdı.
Tədbirin sonunda xidməti vəzifələrində fərqlənən əməkdaşların bir qrupuna iştirakçıların təntənəli alqışlarının müşayiəti ilə təşəkkür elan edildi və fəxri fərmanlar təqdim olundu.