Şriftin ölçüsü :

Saytın rəngi :

PREZİDENT BU İL GÖRÜLƏCƏK İŞLƏRDƏN DANIŞDI

10 fevral 2015 | 16:00

Yanvarın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014- cü ilin sosial-iqtisadi inkişafının yekunları və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunan icrası keçirildi.
«Ötən il dünyada və bölgədə bir sıra proseslərin getməsinə baxmayaraq, Azərbaycan özünün sürətli inkişaf tempini saxladı, xalqımız 2014-cü ildə  də təhlükəsiz şəraitdə yaşadı»,-deyən Prezident İlham  Əliyev müstəqillik və inkişaf yolu ilə gedən ölkəmizdə xalqla iqtidar arasında möhkəm birliyin olduğunu diqqətə çatdırdı. Ötən il ölkə iqtisadiyyatının  uğurla inkişaf etdiyini, ilin sonunda neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, iqtisadiyyatımızın 3 faiz, qeyri- neft sektorunun isə 7  faiz artdığını deyən  Prezident 2014-cü ildə  inflyasiyanın 1,4 faiz olduğunu, əhalinin pul gəlirlərinin 4,8 faiz artdığını söylədi. Prezident qeyd etdi ki, bu dövrdə ölkə iqtisadiyyatına 27 milyard dollar investisiya qoyulub ki, onun da 16 milyard dolları daxili sərmayədir. Manatın məzənnəsi sabit qalıb və  valyuta ehtiyatlarımız artaraq 50 milyard dolları keçib. 2014-cü ildə ölkədə 30-dan  artıq sənaye müəssisəsinin yaradıldığını, xeyli yeni iş yerlərinin açıldığını deyən  cənab Prezident  bir neçə nəhəng layihənin də icra olunduğunu, Azərbaycanın yer səthini  müşahidə edən ikinci peykinin orbitə buraxıldığını bildirdi. Düşünülmüş iqtisadiyyatın verdiyi  imkanlardan yararlanaraq sosial sahənin inkişafına diqqətin artırıldığını bildirən dövlət başçısı 2014-cü ildə 60-dan çox tibb mərkəzinin, 50-dən artıq məktəbin tikilib istifadəyə  verildiyini, ölkə əhalisinin 116 min nəfər artdığını, «ASAN Xidmət»in uğurla fəaliyyət göstərdiyini, yarandığı gündən bu quruma 3 milyon 500 min müraciətin daxil oldğunu vurğuladı.
Prezident İlham Əliyev ötən il Azərbaycanın beynəlxalq əlaqələrinin də uğurlu olduğunu bildirdi. Ölkəmizin ikitərəfli və çoxtərəfli formatda xarici siyasət yürütdüyünü diqqətə çatdırdı.
«Azərbaycan dünyada böyük hörmətə malikdir»,-deyən dövlət başçısı ölkəmizin regional məsələlərin həllində də mühüm amil olduğunu söylədi. Azərbaycanın beynəlxalq təşkilatlarla bundan sonra da fəal əməkdaşlıq edəcəyini bildirən Prezident İlham Əliyev dedi ki, ölkəmizin müsbət imicini korlamaq, beynəlxalq miqyasda  Azərbaycana qarayaxma  cədləri əbəsdir və heç kim ölkəmizlə ultimatum dilində danışa bilməz.
Prezident İlham Əliyev neftin qiymətinin aşağı düşməsi ilə 2015-ci ilin təbii sərvətlərlə zəngin olan ölkələr üçün bir sınaq dövrü kimi xarakterizə etdi. Ölkə başçısı vurğuladı ki, düşünülmüş iqtisadi siyasət, şaxələndirmə prosesi, xalqla iqtidar arasında olan birlik bu  ilin də xalqımız üçün uğurlu olacağına təminat verir. Prezident 2015-ci ildə qeyri-neft sektorunun inkişafının diqqət mərkəzində saxlanmasının əhəmiyyətinə də toxundu. Bildirdi ki, sahibkarlara güzəştli  şərtlərlə kreditlərin verilməsi davam etdirilməli, hər bir dövlət qurumunda idarəetmə prinsipləri təkmilləşdirilməli, israfçılıq hallarının qarşısı alınmalıdır».

Ölkə başçısı bəyan etdi ki, 2015-ci ildə biz ordu potensialımızı daha da gücləndirəcəyik. Bu məqsədlər üçün kifayət qədər böyük vəsait ayrılıb. Təkcə onu demək kifayətdir ki, hərbi xərclərə ayrılan vəsait  Ermənistanın ümumi büdcəsindən 2 dəfə çoxdur. Prezident dedi ki, orduda nizam-intizam, döyüş qabiliyyəti artır, vətənpərvərlik ruhu yüksək səviyyədədir: «Biz daha da güclü oluruq, Ermənistan isə daha da zəifləyir. Bu, qaçılmaz bir prosesdir. Yəni, növbəti illərdə ancaq bu proses daha da sürətlə gedəcək. 2015-ci ildə gücümüzü göstərəcəyik. Nə neftin qiymətinin düşməsi, nə böhranlar, nə yaxınlıqda baş verən  qanlı toqquşmalar bizim sürətli inkişafımıza təsir edə bilməz».
Prezident vurğuladı ki, 2015-ci ildə  bank resurslarının  iqtisadiyyatın özəl sektoruna  yönəldilməsi də prioritet məsələ olacaq. Ümumiyyətlə, bütün sosial proqramlar 2015-ci ildə də tam həcmdə icra ediləcək. Ünvanlı sosial yardım, əhalinin pul gəlirlərinin artırılması, məcburi köçkünlər üçün yeni qəsəbələrin salınması, evlərin tikilməsi və s. proqramlar təmin olunacaq. Məktəb, xəstəxana tikintisi davam etdiriləcək. İnfrastruktur layihələr, ilk növbədə, içməli su ilə bağlı olan layihələr  icra olunacaq. Qazlaşdırma, elektrik xətlərinin təmiri, çəkilişi prosesi gedir. Bu, infrastruktur layihələri və meliorasiya ilə bağlı olan  tədbirlər ölkəmiz üçün çox önəmlidir. Ərzaq təhlükəsizliyi ilə bağlı planlarımız vaxtında müəyyən olunmuş və uğurla icra edilir. Qısası, ölkəmiz siyasi və iqtisadi uğurlarını və inkişafını növbəti ildə də bütün gücü ilə davam etdirəcək.

Keçidlər