Gülövşə kəndində növbəti səyyar qəbul keçirilib
Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev vətəndaşların təkliflərini, müraciətlərini və mövcud problemlərini yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə Gülövşə kəndində səyyar qəbul keçirib.
Qəbulda ŞİHB-nin müavinləri, şöbə müdirləri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri iştirak etdilər.
Şəhər Rəhbəri tərəfindən qəbulda iştirak edən sakinlərin təklifləri və onları narahat edən problemlər dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Sakinlər səyyar qəbulu razılıqla qarşılayaraq onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə və və Birinci Vitse Prezident hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər