Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax Şəhər İcra Hakimiyyətində Çernobıl əlilləri ilə görüş keçirilib

26 aprel 2022 | 16:00


Çernobıl qəzasının ildönümü ilə əlaqədar Yevlax şəhər İcra Hakimiyyətində Çernobıl əlilləri ilə görüş keçirilib. Görüşü giriş sözü ilə açan Yevlax Şəhər  İcra Hakimiyyəti Başçısının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova bildirib  ki, 1986-cı ildə Çernobıl AES-dəki faciə qurbanlarına yardıma tələsən minlərlə azərbaycanlı xilasedici ağır radiasiyaya məruz qaldı. Yüksək şüalanmaya məruz qalan bu insanlar sonradan müxtəlif xəstəliklərə tutuldular.
Bildirildi ki, Çernobıl qəzası sonradan böyük sosial problem yaratdı. Lakin 1993-cü ildə xalqımızın Ümummilli Lideri Heydər Əliyev  hakimiyyətə qayıdandan sonra Çernobıl qəzası zamanı zərər çəkənlərə diqqət və qayğı göstərilməsi barədə sərəncam imzaladı. Onların müalicəsi üçün müvafiq tədbirlər həyata keçirilməyə başlanıldı, pensiya və müavinətlər təyin olundu. Bu gün Çernobıl əlilləri dövlət tərəfindən təqaüd, müavinət və müalicələrlə təmin olunur, onlara mənzillər verilir. Bütün bunlar Ölkə Prezidenti Cənab İlham Əliyevin Çernobıl əlillərinə diqqət və qayğısının ən gözəl nümunəsidir.
Tədbirdə çıxış edən “Azərbaycan Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin Yevlax rayon təşkilatının sədri Müslüm Əhmədov, qurumun sıravi üzvləri və qazilər dövlət tərəfindən göstərilən diqqət və qayğıdan söhbət açdılar. Natiqlər Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə və Birinci Vitse Prezident hörmətli Mehriban xanım Əliyevaya yardım və köməyə görə xüsusi minnətdarlığını bildirdilər.

Keçidlər