Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhər Rəhbəri növbəti dəfə fərdi şəkildə vətəndaşları qəbul etdi

26 aprel 2022 | 16:00


Yevlax şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev qrafikə uyğun olaraq növbəti dəfə fərdi şəkildə vətəndaşları  qəbul edib.
Qəbula gələn digər vətəndaşlar işlə təmin olunma, əkin sahələrinin suvarma suyu ilə təminatı və sair məsələlərlə bağlı müraciət ediblər. Sakinlərin müraciətləri Şəhər rəhbəri tərəfindən diqqətlə dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətlər qanun çərçivəsində həll olunub, bir sıra müraciətlər aidiyyatı qurumlara ünvanlanması üçün qeydiyyata alınıb,  bəzi məsələlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib.
Qəbulda iştirak edən vətəndaşlar onlara yaradılan şəraitə, ölkəmizdə eləcə də Yevlaxda əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan, Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevə və Birinci Vitse Prezident hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər