Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda narkomaniya, erkən nigah və dini radikalizmə qarşı mübarizə məsələlərinə həsr edilmiş tədbir keçirilmişdir

22 aprel 2022 | 16:00


Yevlax rayonu R.Rzayev adına Qoyunbinəsi kənd tam orta məktəbində  keçirilən maarifləndirici tədbirdə gənclərin narkomaniya, erkən nikah, dini radikalizm və digər bu kimi zərərli meyllərdən uzaqlaşdırılması, bu sahədə qarşıda duran vəzifələr ətraflı müzakirə olunub. Yevlax Şəhər İcra Hakimiyyəti və Rayon Polis Şöbəsinin birgə təşkil etdikləri tədbirdə R.Rzayev adına Qoyunbinəsi kənd tam orta məktəbinin yuxarı sinif şagirdləri, müəllimlər, həmçinin ziyalılar, din adamları iştirak ediblər.
Tədbirdə çıxış edən Rayon Polis şöbəsinin rəisi, Polis polkovniki Elnur Mehdiyev açıb. O bildirib ki, davamlı olaraq keçirilən belə maarifləndirici tədbirlər gənclər arasında sağlam həyat tərzinin təbliği işini daha da yaxşılaşdırmaq, gənclərdə narkomanlığın fəsadları haqqında düzgün təsəvvürlər formalaşdırmaq, radikal dini təriqətlərə meyllərin artmasının qarşısını almaq, habelə erkən nikahın yaratdığı problemlər barədə gəncləri daha geniş məlumatlandırmaq məqsədi daşıyır.
Rayon Polis şöbəsinin rəisi, Polis polkovniki Elnur Mehdiyev ayrı-ayrı mövzularına həsr edilmiş geniş məruzəsi dinlənilib.
Sonra Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini- İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, Yevlax Şəhər İcra Hakimiyyəti başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə Komissiyasının sədri Elnarə Əzizova çıxış edərək bildirib ki, narkomaniya ilə mübarizə hər bir vətəndaşın mənəvi borcudur və gəncləri bu bəladan qorumaq, onlarda sağlam həyat tərzini formalaşdırmaq üçün hamı birgə mübarizə aparmalı, yeniyetmə və gənclər arasında maarifləndirmə işləri daim diqqət mərkəzində saxlanılmalıdır. O həmçinin dini radikalizm və ekstremizmin cəmiyyətimizə, narkomaniyanın insanların sağlamlığına mənfi təsirindən, psixotrop maddələrin yaratdığı fəsadlardan danışıb, erkən nikahların dövrümüzün böyük problemlərdən olduğu, ölkəmizdə zərərli vərdişlərə qarşı mübarizə üçün möhkəm qanunvericilik bazasının mövcudluğu diqqətə çatdırıb.
Daha sonra rayon Prokurorunun müavini, kiçik ədliyyə müşaviri Emil Qurbanov çıxış edərək narkomaniyanın yayılmasına qarşı hamılıqla mübarizə aparılmasının vacibliyini önə çəkib, bu işdə müəllimlərin, şagirdlərin, habelə valideynlərin üzərinə çox böyük vəzifə və məsuliyyətin düşdüyünü xüsusi vurğulayıb.
Yevlax Şəhər İcra Hakimiyyəti başçısı aparatının böyük məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Elnarə Məmmədova çıxış edərək erkən nikahların yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının pozulmasına, vaxtsız qurulan ailələrin dağılmasına və cəmiyyətdə sosial problemlərin artmasına səbəb olduğu diqqətə çatdırıb.
     Sonda çıxış edən məktəbin direktor əvəzi Yaşar Süleymanov gənclərlə keçirilən görüşdə dini radikalizm və onun fəsadları, xurafat və cəhalət carçılarına qarşı mübarizə metodları, ənənəvi dini və milli dəyərlərimiz haqqında doğru və sağlam mənbələrə əsaslanan biliklərlə təmin olunması istiqamətində həyata keçirilən dini maarifləndirmə tədbirlərinin vacibliyindən danışıb.
Tədbirdə mövzu ilə bağlı videoçarx izlənilib, məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

Keçidlər