Yevlaxda növbəti səyyar qəbul keçirildi
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev rayonun Cırdaxan kəndində vətəndaşların təkliflərinin, müraciətlərinin və mövcud problemlərinin yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə qrafikə uyğun olaraq növbəti səyyar qəbul keçirdi. Qəbul zamanı Şəhər İcra Hakimiyyətinin Başçısı tərəfindən hər bir vətəndaşın müraciəti ayrı-ayrılıqda diqqətlə dinlənilib.
Kənd sakinlərinin səsləndirdikləri məsələlər aidiyyatı üzrə məsul şəxslərin iştirakı ilə araşdırılaraq, həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli üçün araşdırma tələb edilən məsələlərlə bağlı aidiyyəti təşkilat rəhbərlərinə tapşırıqlar verildi. Bəzi müraciətlər müvafiq qurumlara çatdırılması üçün nəzarətə götürüldü.
Şəhər İcra Hakimiyyəti Başçısının səyyar qəbulunu razılıqla qarşılayan sakinlər göstərilən diqqət və qayğıya, yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə və Birinci Vitse Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.