Yevlaxda növbəti dəfə vətəndaşlar fərdi şəkildə qəbul edilib
Yevlax şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev vətəndaşların təkliflərinin, müraciətlərinin və mövcud problemlərinin həllini sürətləndirmək məqsədilə növbəti qəbul keçirib.
Yevlax rayon sakinlərinin iştirak etdiyi səyyar qəbul Şəhər İcra Hakimiyyətinin inzibati binasında baş tutub.
Qəbulda Anar Tağıyev vurğulayıb ki, vətəndaşların qəbulu Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin əhali ilə daha sıx təmasda olmaq barədə tapşırığına uyğun olaraq keçirilir və əsas məqsəd insanların problemlərini bilavasitə dinləmək və operativ şəkildə həll etməkdir.
Qəbul zamanı sakinlər əkin sahələrinin suvarılması, məşğulluq və digər bu kimi məsələlərlə müraciət ediblər.
Sakinlərin səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq, həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt və araşdırma tələb edən bir sıra digər məsələ isə aidiyyəti qurumlara çatdırılması üçün nəzarətə götürülüb.
Qəbuldan razı qalan sakinlər göstərilən diqqət və qayğıya, yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə və Birinci Vitse Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.