Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən yaz mövsümü ilə əlaqədar şəhər ərazisində təmizlik və abadlıqla bağlı ümumşəhər iməcliyi keçirilib

16 aprel 2022 | 16:00


Yevlax Şəhər İcra Hakimiyyəti qurumlarının əməkdaşlarının iştirakı ilə səhər saatlarından başlanan iməclik bütün şəhəri əhatə edib. İməclik zamanı kommunal xidmətlər tərəfindən şəhərdə prospekt və küçələrin, səki kənarlarının, bordyurların və buradakı işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, bir sıra binaların fasadlarının, park və istirahət yerlərində oturacaqların yuyulması həyata keçirilib.
İməclikdə həm də prospekt və küçələr boyunca yerləşən ictima-iaşə, ticarət və digər obyektlərin vitrinləri, köşklər və avtobus dayanacaqları yuyulub, ətrafı təmizlənib. İctimai iaşə, mağaza və digər obyektlərin əməkdaşları öz obyektlərinin fasad və vitrinlərinin yuyulması, onların qarşısında səliqə-səhman yaradılması işlərində fəallıq göstəriblər. Həmçinin Yevlax Şəhər İcra Hakimiyyətinin çağırışına qoşulan şəhər sakinləri də bu iməclikdə yaxından iştirak ediblər.
Yevlax Şəhər Kommunal  Təsərrüfatı İstehsalat Birliyi əməkdaşları tərəfindən əsas magistral yol və prospektlərin kənarlarındakı ağacların üzərinə toplanan toz və torpaq yuyulub, onların dibi yumşaldılıb, ağacların qurumuş budaqları budanıb. Mövsümlə əlaqədar ağaclara və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib, təbii gübrələr verilib. Eyni zamanda, şəhər ərazisində yeni ağaclar, kollar, güllər əkilib. Yaşıllıq zolaqları və parklarda qazon örtüyünün yenilənməsi aparılıb. Həmçinin şəhərin küçə və prospektlərində piyada keçidləri rənglənib, yol nişanları yenilənib.
İməclik tədbirləri gün ərzində keçirilib və şəhərin təmizliyinin lazımı səviyyədə saxlanılması üçün tələb olunan bütün tədbirlər mütəmadi olaraq davam etdiriləcəkdir. Bu kimi təmizlik və abadlıq işləri, yeni yaşıllıqların salınması şəhərimizin daha da gözəlləşdirilməsinə böyük töhfə olacaq.

Keçidlər