Yevlaxda “15 Aprel-Beynəlxalq Mədəniyyət Günü” qeyd edilib
Yevlax şəhər Yaradıcılıq evində “15 Aprel-Beynəlxalq Mədəniyyət Günü” ilə əlaqədar “Turana qılıncdan, daha kəskin ulu qüvvət, yalnız, Mədəniyyət, Mədəniyyət, Mədəniyyət“ adlı təntənəli tədbir keçirilib.
Tədbirdə Yevlax şəhər İcra Hakimiyyəti başçısının müavini Elnarə Əzizova, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, “Kür” qəzetinin Baş redaktoru, Əməkdar jurnalist Əminə Yusifqızı, Bərdə Regional Mədəniyyət İdarəsinin Yevlax üzrə nümayəndəsi Aygün Qasımova, rayonda fəaliyyət göstərən bir sıra idarə, təşkilat rəhbərləri, ziyalılar və rayon sakinləri iştirak ediblər.
Yevlax şəhər İcra Hakimiyyəti başçısının müavini Elnarə Əzizova çıxışında Şəhər Rəhbərliyi adından səmimi təbrikləri tədbir iştirakçılarına çatdıraraq qeyd etdi ki, Ölkə Prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyasəti ilə ölkəmizdə şairlərə, sənət adamlarına, mədəniyyət işçilərinə diqqət və qayğı göstərilir.Eləcə də rayonumuzda da mədəniyyət işçiləri daim diqqətdə saxlanılır, mütəmadi olaraq onlarla görüşlər keçirilir.
YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev Beynəlxalq Mədəniyyət Günü münasibətilə Mədəniyyət işçilərini təbrik edərək vurğulayıb ki, ölkəmizdə mədəni sahədə görülən işlər yüksək səviyyədə həyata keçirilir. Ulu Öndərin Azərbaycanda mədəni mühitin inkişaf etdirilməsində misilsiz xidmətlərindən bəhs edən Rafiq Əliyev qeyd etdi ki, bu siyasət hazırda doğma Partiyamızın Sədri, Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbirdə çıxış edən digər rəsmi nümayəndələr qeyd ediblər ki, Azərbaycan qədim tarixə və mədəniyyətə malik ölkədir. Düşmənlərimiz 30 il işğal dövründə tarixi abidələrimizi, milli mədəniyyət nümunələrimizi dağıdıb. Lakin Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə hazırda böyük bərpa-quruculuq işləri həyata keçirilir. Məhz bu uğurlu siyasət nəticəsində əsl milli kimliyimiz özümüzə qayıdıb.
Mədəniyyət işçilərinin və şagirdlərin təqdim etdiyi ifalar tədbirə xüsusi rəng qatıb,tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Tədbirin sonunda bir qrup Mədəniyyət işçisi Yevlax şəhər İcra Hakimiyyətinin, YAP Yevlax rayon təşkilatının və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Yevlax rayon komitəsinin fəxri fərmanları və hədiyyələrlə təltif olunub.