Yevlaxda səyyar qəbullar davam etdirilir
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev rayonun Duzdağ qəsəbəsində vətəndaşların təkliflərinin, müraciətlərinin və mövcud problemlərinin yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə qrafikə uyğun olaraq növbəti səyyar qəbul keçirdi.
Qəbul zamanı qəsəbə sakinlərinin səsləndirdikləri məsələlər aidiyyatı üzrə məsul şəxslərin iştirakı ilə araşdırılaraq,həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli üçün araşdırma tələb edilən məsələlər isə aidiyyəti təşkilat rəhbərlərinə tapşırılaraq icrası nəzarətə götürülüb.
Şəhər İcra Hakimiyyəti başçısının səyyar qəbulunu razılıqla qarşılayan sakinlər göstərilən diqqət və qayğıya, yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə və Birinci Vitse Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.