Şəhər İcra Hakimiyyətinin Başçısı növbəti vətəndaş qəbulu keçirib
Vətəndaşların müraciətlərinə operativ baxılmasını,araşdırılmasını və həlli istiqamətində müvafiq tədbirlərin görülməsini təmin etmək üçün Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev növbəti onlayn vətəndaş qəbulu keçirib. Keçirilən qəbul zamanı şəhər və kəndlər üzrə müraciət edən sakinləri narahat edən məsələlər, onların müraciətləri və irəli sürdükləri təkliflər Şəhər İcra Hakimiyyətinin Başçısı tərəfindən diqqətlə dinlənilib. Vətəndaşlar tərəfindən səsləndirilən fikirlər, müraciətlər və problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq göstəriş və tapşırıqlar verilib.
Şəhər Rəhbəri tərəfindən həmçinin qəbula yazılmış sakinlərə bildirilib ki, artıq kəndlərdə vətəndaşların səyyar qəbulları keçirilir. Qrafik üzrə hər həftə rayonun 1 kəndində vətəndaşların müraciətləri dinlənilir. Sakinlər onlayn qaydada, yaxud müvafiq olaraq İcra nümayəndəliyinə müraciət edərək qəbulun vaxtını öyrənə, səyyar görüşdə iştirak edərək müraciətlərini edə bilərlər.
Qəbulda iştirak edən sakinlər onların müraciətlərinə diqqətlə və həssaslıqla yanaşılmasından, qəbul üçün onlara belə şəraitin yaradılmasından məmnunluqlarını bidirərək onlara yaradılan şəraitə görə Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevə və Birinci Vitse Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.