Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Vüsal İsayevin doğum günü münasibətilə anım tədbiri keçirildi

05 aprel 2022 | 16:00


Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şəhər İcra Hakimiyyətinin, YAP Yevlax Rayon Təşkilatının, Rayon Gənclər və İdman idarəsinin, Şəhər Təhsil Şöbəsinin,  Gənclərin İnkişaf Karyera Mərkəzinin Yevlax nümayəndəliyinin, Şəhər Uşaq Gənclər İdman Şahmat Məktəbinin rəhbərliyi,  Şəhidin məzunu olduğu Salamabad kənd tam orta məktəbinin pedoqoji kollektivi və şagirdlər rayonun Salamabad kəndindən olan Vətən Müharibəsi şəhidi İsayev Vüsal Firdovsi oğlunun doğum günü münasibətilə Yevlax Şəhidlər xiyabanında məzarını ziyarət edib, önünə gül dəstələri düzərək əziz xatirəsini böyük ehtiramla yad ediblər.
Qazilərin,Vətən müharibəsi iştirakçılarının və ictimaiyyət nümayəndələrinin də iştirak etdiyi tədbir çərçivəsində Şəhidin məzun oldğuğu Salamabad kənd tam orta məktəbinin şagirdləri tərəfindən şəhidin xatirəsinə həsr edilmiş bədii kompozisiya nümayiş etdirilib.
Ənənəvi olaraq Yevlax şəhər Uşaq Gənclər İdman Şahmat Məktəbinin şəhidlərin xatirəsinə həsr etdiyi idman yarışları çərçivəsində növbəti idmanın Şahmat növü üzrə keçirilmiş rayon turnirinin qaliblərinə fəxri fərmanlar  Şəhidin ailə üzvləri tərəfindən təqdim olunub.
Keçirilən tədbirdə iştirakçıları şəhidin ailə üzvlərinə dərin hüznlə başsağlığı verib, Şəhidin əziz ruhuna dualar oxunub,şərəfli həyat və döyüş yolundan geniş bəhs olunub.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan,  Cənab İlham Əliyevə və Birinci Vitse Prezident hörmətlə Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

 

Keçidlər