Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda Şəhid Anar Cəfərovun ad günü qeyd edilib

03 aprel 2022 | 16:00


Yevlaxda Vətənimizin azadlığı, Dövlətimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Şəhidlərimizin ad günlərinin qeyd edilməsi ənənə halını almışdır. Ənənəyə uyğun olaraq Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şəhər İcra Hakimiyyəti Başçısı aparatının  Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Xaliq Əliyev ,YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Yevlax şəhər Təhsil şöbəsinin əməkdaşı Natiq Hüseynov, Şəhər Uşaq Gənclər İdman Şahmat Məktəbinin direktoru Elman Əlibəyli, Vətən Müharibəsi qaziləri və veteranları, Şəhidin döyüş yoldaşları şəhid Cəfərov Anar Müstəqim oğlunun doğum günü münasibətilə Rayonun Gülövşə kənd qəbirstanlığındakı məzarını ziyarət edib, önünə gül dəstələri düzərək, əziz xatirəsini böyük ehtiramla yad ediblər. Şəhidin ailə üzvlərinin, qazilərin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi mərasimdə şəhidin ruhuna dualar oxunub, şəhidin məzun olduğu Gülövşə kənd tam orta məktəbin şagirdləri tərəfindən onun xatirəsinə hazırladığı bədii kompozisiya nümayiş etdirilib.
Tədbir çərçivəsində ənənəyə uyğun olaraq Yevlax şəhər Uşaq Gənclər İdman Şahmat Məktəbinin şəhidin xatirəsinə həsr etdiyi idmanın sambo növü üzrə rayon turnirinin qaliblərinə Fəxri fərmanlar Şəhidin ailə üzvləri tərəfindən təqdim olunub.
Daha sonra tədbir iştirakçıları şəhidin ailəsini ziyarət edərək şəhidin keçdiyi döyüş yolundan danışıldı. Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət, qayğıya görə Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər