Səyyar ASAN xidmət Yevlaxda
29 mart -27 aprel tarixlərində Səyyar ASAN xidmət Yevlax şəhər sakinlərinə səyyar formada xidmət göstərəcək. Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
Bu xidmətlərə aşağıdakılar daxildir:
• Tibb xidməti
• Bank xidməti (dövlət rüsumlarının və xidmət haqlarının qəbulu)
• Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi
• Mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi
• Yaşayış evləri (fərdi) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi
• Əmək pensiyalarının təyin edilməsi
• Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi
• Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi
• Sürücülük vəsiqələrinin dəyişdirilməsi
• Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı
• Notariat fəaliyyəti
Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.
Ünvan: Yevlax şəhəri, Q.Quliyev küçəsi 1 (Yevlax şəhəri Mərkəzi poçtun qarşısı)