Yevlaxda DTX əməkdaşlarının peşə bayramı qeyd olundu
28 mart 2022 | 16:00
28 mart - Dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanları işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Yevlax Şəhər şöbəsinin şəxsi heyəti də bu gün peşə bayramlarını qeyd ediblər.
Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının yaranmasının 103 illiyi münasibətilə keçirilən tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, DTX-nin Yevlax Şəhər Şöbəsinin rəhbər heyəti, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, Xidmətin yerli şöbəsinin şəxsi heyəti iştirak ediblər.
Tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, Ulu Öndərin xatirəsinə öz ehtiramlarını bildiriblər.