Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda Novruz bayramı münasibətilə bayram konserti keçirildi

18 mart 2022 | 16:00


Yevlax İcra Hakimiyyətinin təşkilatçılığı ilə xalqımızın ən əziz bayramı olan Novruz bayramı münasibəti ilə təntənəli bayram şənliyi keçirilmişdir.
Dədə Qorqud, eləcə də yazın gəlişini simvolizə edən Bahar qızı bayram münasibəti ilə rayon sakinlərini təbrik edərək yeni ildə ölkəmizə bol ruzi-bərəkət və əminamanlıq arzuladılar. Novruz bayramının əsas personajları olan Kosa və Keçəl öz maraqlı çıxışları ilə şənliyə xüsusi zövq qatıblar.
Populyar müğənni Aysel Əlizadənin və tanınmış estrada caz qrupunun, digər incəsənət ustalarının, rəqs kollektivlərinin ifasında milli-mədəni dəyərlərimizin rəmzi sayılan mahnılardan, rəqslərdən ibarət rəngarəng konsert proqramı bayram şənliyinin iştirakçılarında xoş ovqat yaradıb.
Respublikamızın hər yerində olduğu kimi yevlaxlılar da Novruz bayramını qalib Ölkənin qalib Vətəndaşı kimi böyük sevinc və fərəhlə qeyd ediblər.

Keçidlər