Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev növbəti səyyar qəbulunu keçirdi.

17 mart 2022 | 16:00


Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin vətəndaş müraciətlərinə həssaslıqla baxılması və qaldırılan məsələlərin diqqətlə araşdırılıb həllinə nail olunması ilə bağlı qarşıya qoyduğu vəzifələr Yevlax Şəhər İcra Hakimiyyətinin fəaliyyətinin əsas hissəsini təşkil edir.
Şəhər İcra Hakimiyyəti Başçısının səyyar qəbul qrafikinə əsasən  növbəti  qəbul rayonun Qoyunbinəsi kəndində keçirildi.
Qəbulda sakinlərin təklifləri və onları narahat edən problemlər dinlənildi. Sakinlərin səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlərin görülməsi barədə aidiyyatı qurumlara tapşırıldı.
Səyyar qəbuldan razı qalan sakinlər göstərilən diqqət və qayğıya görə Ölkə Rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.

Keçidlər