Yevlaxda aztəminatlı ailələrə bayram sovqatları paylanılıb
Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini Elnarə Əzizova qarşıdan gələn Novruz Bayramı münasibətilə aztəminatlı ailələrin üzvlərini təbrik edib, onlara cansağlığı və uzun ömür arzulayıb. E.Əzizova Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkədə həyata keçirilən sosial siyasətin əhalinin sosial müdafiəsinə, xüsusilə də aztəminatlı ailələrin həyat səviyyəsinin yüksəldilməsinə geniş imkanlar yaratdığını, nəticədə ölkəmizdə yoxsulluq səviyyəsi azaldığını qeyd etmişdir.O həmçinin bildirib ki, Novruz xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədım el bayramıdır. Ulularımızdan bizə yadigar qalan, milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən Novruz bayramı həm də birlik, bərabərlik, həmrəylik bayramıdır.
Aztəminatlı ailələrin üzvləri olara göstərilən diqqət və qayğıya görə Ölkə Rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Novruz bayramı münasibətilə növbəti günlərdə Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən Rayon ərazisində daha 100 aztəminatlı ailə ziyarət edilərək onlara da bayram sovqatları təqdim ediləcəkdir.