Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid mayor Rəşad Budaqovun ad günü qeyd edilib

13 mart 2022 | 16:00


Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şəhər İcra Hakimiyyəti Başçısı aparatının ,YAP Yevlax rayon təşkilatının, Yevlax şəhər Təhsil şöbəsinin, Şəhər Uşaq Gənclər İdman Şahmat Məktəbinin, Qarabağ Müharibəsi Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin Yevlax rayon filialının məsul şəxsləri və əməkdaşları Vətən Müharibəsi qaziləri,Şəhidin döyüş yoldaşları Vətən müharibəsi şəhidi Budaqov Rəşad Ramiz oğlunun doğum günü münasibətilə Şəhidlər xiyabanında məzarını ziyarət edib, önünə gül dəstələri düzərək, əziz xatirəsini böyük ehtiramla yad ediblər. Şəhidin ailə üzvlərinin, qazilərin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi mərasimdə şəhidin ruhuna dualar oxunub, şəhidin məzun olduğu 4 saylı tam orta məktəbin şagirdləri tərəfindən onun xatirəsinə hazırladığı bədii kompozisiya nümayiş etdirilib.
Tədbir çərçivəsində ənənəyə uyğun olaraq Yevlax şəhər Uşaq Gənclər İdman Şahmat Məktəbinin şəhidin xatirəsinə həsr etdiyi idmanın şahmat növü üzrə rayon turnirinin qaliblərinə Fəxri fərmanlar Şəhidin ailə üzvləri tərəfindən təqdim olunub.
Daha sonra tədbir iştirakçıları şəhidin ailəsini ziyarət edərək şəhidin keçdiyi döyüş yolundan danışıldı. Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət, qayğıya görə Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər