Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda Milli Teatr Günü münasibəti ilə görüş keçirildi

11 mart 2022 | 16:00

Yevlax Şəhər İcra Hakimiyyətində Milli Teatr Günü münasibəti ilə Bərdə Regional Mədəniyyət İdarəsi Yevlax Şəhər Mədəniyyət Mərkəzinin filialı olan Şəhər Yaradıcılıq Evinin Xalq Teatrlarının kollektivi ilə görüş keçirildi.
Görüşdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev  bildirmişdir ki, bu gün Azərbaycan teatrı yaranmasının 149-cu ildönümünü qeyd edilir. Azərbaycan teatr sənəti qədim və zəngin tarixi yol keçib. 1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyası nümayiş etdirilib. Bu tamaşa ilə Azərbaycanda milli teatrın əsası qoyulub. Bu şərəfli işdə Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirov mühüm rol oynamışlar. Uzun və şərəfli tarixi yol keçmiş Azərbaycan teatrının inkişafında son illərdə yeni mərhələ başlayıb. Teatrlarımızın yeni inkişaf yoluna çıxmasında bütün dövrlərdə daim mədəniyyət və incəsənətin böyük hamisi kimi bu sahədə çalışanların sonsuz rəğbətini qazanmış Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xidmətləri misilsizdir. Ulu Öndərin bu siyasəti hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Hər zaman sənət adamlarına diqqət və qayğı ilə yanaşan Prezident İlham Əliyevin 2013-cü il 1 mart tarixli Sərəncamı ilə ölkəmizdə “Milli Teatr Günü” təsis edilib. Sərəncama əsasən milli mədəniyyətin inkişafında və ölkənin mədəni həyatında milli teatrın əhəmiyyəti və rolu nəzərə alınaraq hər il martın 10-u Azərbaycan Respublikasında “Milli Teatr Günü” kimi qeyd edilməsi qərara alınıb.
Şəhər Yaradıcılıq Evinin direktoru “Əməkdar Mədəniyyət İşçisi” Zöhrə Adgözəlova, Şəhər Mədəniyyət Mərkəzinin direktoru “Əməkdar Mədəniyyət İşçisi” Eldəniz Mustafayev çıxış edərək mədəniyyət işçilərinə göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevə və Birinci Vitse Prezident hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.
Sonda teatrların bir qrup əməkdaşları Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanları ilə təltif edildi.

Keçidlər