Şriftin ölçüsü :

Saytın rəngi :

Vəkillər Kollegiyası tərəfindən Yevlax rayonunda əhaliyə ödənişsiz hüquqi yardım göstəriləcəkdir

10 mart 2022 | 16:00


Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlər göstərilməsinin təşkil edilməsi tövsiyə olunmuşdur.
Sərəncamın icrası ilə bağlı həyata keçirilən tədbirlərin davamı olaraq Azərbaycan Respublikası Vəkillər Kollegiyasının tərəfindən Yevlax sakinlərinə ödənişsiz hüquqi yardım akiyası keçiriləcəkdir.
Maraqlanan sakinlər 12 mart 2022-ci il, saat 11:00 da Yevlax şəhər Heydər Əliyev Mərkəzinə gələrək aksiyada iştirak edə bilərlər

Keçidlər