Yevlaxda növbəti səyyar qəbul keçirilib
Qrafikə uyğun olaraq Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev növbəti səyyar qəbulunu rayonun Kövər kəndinin sakinləri ilə keçirib. Şəhər İcra Hakimiyyəti Başçısı aparatının məsul işçilərinin, hüquq mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət şöbələrinin və xidmət idarələrinin rəhbərlərinin iştirakı ilə keçirilən görüşü sakinlər razılıqla qarşılayıblar. Səyyar görüşdə Prezident cənab İlham Əliyev tərəfindən əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar barədə ətraflı məlumat verən Şəhər İcar Hakimiyyətinin Başçısı bildirib ki, Azərbaycanda əhalinin sosial müdafiəsi lazımi səviyyədə təmin edilir, bu məsələlər daim diqqətdə saxlanılır. Şəhər Rəhbəri həmçinin həyata keçirilən abadlıq və quruculuq işlərindən və qarşıda duran vəzifələr barədə də ətraflı danışıb.
Sonra qəbulda vətəndaşların müraciətləri dinlənilib, qaldırdıqları müxtəlif məsələlər diqqətlə araşdırılıb və həlli ilə əlaqədar görüləcək işlər barədə onlara yerindəcə ətraflı məlumat verilib. Şəhər İcra Hakimiyyətinin Başçısı görüşü yekunlaşdıraraq qaldırılan məsələlərlə bağlı aidiyyəti üzrə məsul şəxslərə bir daha müvafiq tövsiyə və tapşırıqlarını verib.