Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda vətəndaşların səyyar qəbulu keçirilmişdir

03 mart 2022 | 16:00


Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev ilk səyyar görüşünü Balçılı kəndinin sakinləri ilə  keçirdi.
Səyyar qəbulda ŞİHB aparatının məsul işçiləri, rayonun hüquq mühafizə, idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərləri, həmçinin kənd sakinləri iştirak etmişdir.
Səyyar qəbulda çıxış edən Şəhər İcra Hakimiyyətinin Başçısı Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbədən danışaraq tarixi qələbənin əldə olunmasında Azərbaycan xalqının fədakarlığından söz açdı, ölkəmizdə ordu quruculuğu istiqamətində görülən işlərdən, Vətən müharibəsi zamanı əsgərlərimizin göstərdiyi şücaətdən də bəhs etdi.
Şəhər Rəhbəri Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin və Birinci Vitse Prezident hörmətli Mehriban xanım Əliyevanın Yevlax və yevlaxlılara göstərdiyi diqqət, qayğı barədə geniş məlumat verdi. Həmçinin qeyd etdi ki, Ölkə Başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən belə görüşlərin əsas məqsədi sakinlərin müraciətlərini dinləmək və qısa bir zamanda həllinə nail olmaqdır.
Sonra vətəndaşlardan Quliyev Eldar Gürzalı oğlu, Zəkəriyyəyev Mətləb Əhmədiyyə oğlu, Verdiyev Abdulla Şəmil oğlu və başqaları çıxış edərək Balçılı kəndində elektrik naqillərinin dəyişdirilməsini, yeni salınmış yaşayış massivində subartezian quyusunun qazılmasını,drenaj kollektorunun qazılmasına köməklik edilməsi və sair məsələlər barədə müraciətlər etdilər.
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermişdir. Əksər məsələlər yerində həll olunmuş, digərləri nəzarətə götürülmüşdür.
Qəbulda iştirak edən sakinlər müraciətlərinə diqqətlə və həssaslıqla yanaşılmasından məmnunluqlarını bidirərək onlara yaradılan şəraitə görə Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etdilər.

Keçidlər