Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

26 fevral 2022 | 16:00


Yevlax Şəhər İcra Hakimiyyətinin Tədbirlər planına uyğun olaraq Yevlaxda Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilib. Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, YAP Yevlax rayon təşkilatının,  hüquq-mühafizə orqanlarının rəhbərləri, mərkəzi icra hakimiyyəti orqanlarının regional təşkilatlarının rəhbərləri , ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər, hərbiçilər iştirak ediblər. Əvvəlcə tədbir iştirakçıları  Xocalı soyqırımının 30-cu ildönümü ilə həsr olunmuş yürüşdə iştirak etmişlər. Daha sonra Yevlax Şəhidlər xiyabanını ziyarət edərək, Şəhidlərin Xatirəsinə ucaldılmış abidəyə gül qoymuş, onların əziz xatirələrinə öz dərin ehtiramlarını bildirib, ruhlarına dualar ediblər. Yevlax Şəhər Mədəniyyət Mərkəzi tərəfindən Xocalı faciəsinə həsr edilmiş “Biz Xocalıya qayıdırıq” adlı ədəbi bədii kompozisiya nümayiş etdirilib. Daha sonra iştirakçılar məktəblilərin Xocalı soyqırımının 30-cu ildönümünə həsr etdikləri rəsm və əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Sonda Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev ənənəyə uyğun olaraq Xocalı sakinləri ilə görüşüb, onlarla söhbət edərək qayğı və problemlərini dinləyib.

 

 

Keçidlər