Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda Xocalı faciəsinin 30-cu ildönümünə həsr edilmiş silsilə tədbirlər davam etdirilir

25 fevral 2022 | 16:00


Yevlaxda Şəhər İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq Xocalı faciəsinin 30-cu ildönümünə həsr edilmiş silsilə tədbirlər keçirilmişdir. Şəhər Heydər Əliyev Mərkəzi, Yevlax şəhər Gənclər və İdman İdarəsi, "Yevlax Gənclər Evi" SXM, Gənclərin Karyera və İnkişaf Mərkəzinin Yevlax nümayəndəliyi tərəfindən faciəyə həsr edilmiş rəsm sərgisi, inşa yazı müsabiqəsi, idman yarışları keçirilib, film nümayiş etdirilib. Tədbirlərdə əvvəlcə Xocalı faciəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Qeyd olunub ki, Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından 30 il keçir. Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini pozaraq keçmiş sovet ordusunun Xankəndidə  yerləşən 366-cı alayının  iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Həmçinin qeyd edilib ki, Ermənistanın təxribatlarına və hərbi təcavüzünə cavab olaraq Müzəffər Ali Baş Komandan Cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında 2020-ci il sentyabrın 27-də Azərbaycan xalqı öz torpaqlarının işğaldan qurtarılması uğrunda Vətən müharibəsinə qalxdı. 44 gün sürən döyüşlər nəticəsində Azərbaycan ordusu qələbə qazanaraq doğma torpaqlarımızı işğaldan azad etdi. Azərbaycanın qəhrəman oğulları Xocalı canilərini məhv etməklə qətliam qurbanlarının qisasını aldılar.

 

Keçidlər