Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda Xocalı faciəsinə həsr edilmiş tədbir keçirilib

25 fevral 2022 | 16:00


Yevlax Şəhər İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq rayonda Xocalı soyqırımının 30-cu il dönümünə həsr edilən silsilə tədbirlər keçirilir.
Silsilə tədbirlər çərçivəsində Gənclərin İnkişaf və Karyera Mərkəzinin Yevlax nümayəndəliyinin təşkilatçılığı ilə Xocalı soyqırımına həsr edilən konfrans keçirilib.Konfransda Milli Məclisin deputatları İlham Məmmədov, Vüqar İsgəndərov, Musa Qasımlı və həmçinin Türkiyə Gazi Universiteti professoru  Siyasi və Strateji Araşdırmalar Vakfı Başkan vəkili Sinan Demirtürk, GİKM-in Yevlax nümayəndəliyinin direktoru Elvin Əjdərli çıxış edib.
Çıxışlar zamanı Xocalı faciəsi, bu faciənin baş vermə səbəbləri haqqında iştirakçılara məlumatlar verilib, sonda isə "Xocalıya ədalət" mesajı çatdırılıb.

 

 

 

 

 

Keçidlər