Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda Şəhidin ad günü qeyd edilib

23 fevral 2022 | 16:00


Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şəhər İcra Hakimiyyəti Başçısı aparatının ,YAP Yevlax rayon təşkilatının, Yevlax şəhər Təhsil şöbəsinin, Rayon Gənclər və İdman idarəsinin, Şəhər Uşaq Gənclər İdman Şahmat Məktəbinin, Yevlax “Gənclər evi” sosial xidmət müəssisəsinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Yevlax nümayəndəliyinin, Qarabağ Müharibəsi Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin Yevlax rayon filialının məsul şəxsləri və əməkdaşları Vətən Müharibəsi qaziləri Vətən müharibəsi şəhidi Məmmədov İlham Elxan oğlunun doğum günü münasibətilə Şəhidlər xiyabanında məzarını ziyarət edib, önünə gül dəstələri düzərək, əziz xatirəsini böyük ehtiramla yad ediblər. Şəhid ailəsinin nümayəndələrinin, qazilərin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi mərasimdə, şəhidin ruhuna dualar oxunub, şəhidin məzun olduğu Nemətabad kənd tam orta məktəbin şagirdləri tərəfindən onun xatirəsinə hazırladığı bədii kompozisiya nümayiş etdirilib.
Tədbir çərçivəsində ənənəyə sadiq olaraq Yevlax şəhər Uşaq Gənclər İdman Şahmat Məktəbinin şəhidin xatirəsinə həsr etdiyi idmanın  sambo növü üzrə rayon turnirinin qaliblərinə Fəxri fərmanlar Şəhidin ailə üzvləri tərəfindən təqdim olunub.
Daha sonra şəhidin ailə üzvlərinin yaşadığı ünvan ziyarət olunub, onların qayğıları ilə maraqlanılıb, dərin hüzünlə başsağlığı verilərək,şəhidin keçdiyi şərəfli həyat və döyüş yolundan geniş bəhs edilib.
Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət, qayğıya görə Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər

Keçidlər