Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Cavid Kərimovun ad günü qeyd edilib

23 fevral 2022 | 16:00


Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şəhər İcra Hakimiyyəti Başçısı aparatının ,YAP Yevlax rayon təşkilatının, Yevlax şəhər Təhsil şöbəsinin, Rayon Gənclər və İdman idarəsinin, Şəhər Uşaq Gənclər İdman Şahmat Məktəbinin, Qarabağ Müharibəsi Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin Yevlax rayon filialının məsul şəxsləri və əməkdaşları Vətən Müharibəsi qaziləri Vətən müharibəsi şəhidi Kərimov Cavid Mərdan oğlunun doğum günü münasibətilə Şəhidlər xiyabanında məzarını ziyarət edib, önünə gül dəstələri düzərək, əziz xatirəsini böyük ehtiramla yad ediblər. Şəhid ailəsinin nümayəndələrinin, qazilərin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi mərasimdə, şəhidin ruhuna dualar oxunub, şəhidin məzun olduğu Xaldan kənd tam orta məktəbin şagirdləri tərəfindən onun xatirəsinə hazırladığı bədii kompozisiya nümayiş etdirilib.
Tədbir çərçivəsində ənənəyə sadiq olaraq Yevlax şəhər Uşaq Gənclər İdman Şahmat Məktəbinin şəhidin xatirəsinə həsr etdiyi idmanın  futbol növü üzrə rayon turnirinin qaliblərinə Fəxri fərmanlar Şəhidin ailə üzvləri tərəfindən təqdim olunub.
Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət, qayğıya görə Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər

 

Keçidlər