Yevlaxda qanvermə aksiyası keçirilib
22 fevral 2022 | 16:00
İrsi və qan xəstəliyi olan insanlara kömək etmək məqsədilə Yevlax rayonunda keçirilən qanvermə aksiyasında Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının və struktur sahələrinin, rayonda fəaliyyət göstərən idarə müəssisələrin kollektivləri fəal iştirak ediblər.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Milli Hemotologiya və Transfuziologiya Mərkəzinin həkim briqadası bu xeyirxah kompaniyaya qoşulanları lazımi müayinədən keçirdikdən sonra qanvermə aksiyası həyata keçirilib. Qanvermə aksiyasında 100 nəfərdən artıq sakin iştirak etmişdir.