Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Nicat Nağıyevin ad günü qeyd edilib

21 fevral 2022 | 16:00


Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şəhər İcra Hakimiyyəti Başçısı aparatının , YAP Yevlax rayon təşkilatının, Yevlax şəhər Təhsil şöbəsinin, “Yevlax Gənclər evi” Sosial Xidmət Müəssisəsinin, Şəhər Uşaq Gənclər İdman Şahmat Məktəbinin,Qarabağ Müharibəsi Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin Yevlax rayon filialının məsul şəxsləri və əməkdaşları Vətən Müharibəsi qaziləri Vətən müharibəsi şəhidi Nağıyev Nicat Azad oğlunun doğum günü münasibətilə rayonun Əcəmi kənd qəbirstanlığındakı məzarını ziyarət edib, önünə gül dəstələri düzərək, əziz xatirəsini böyük ehtiramla yad ediblər. Şəhid ailəsinin nümayəndələrinin, qazilərin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi mərasimdə şəhidin ruhuna dualar oxunub, şəhidin məzun olduğu Əcəmi kənd tam orta məktəbin şagirdləri tərəfindən onun xatirəsinə hazırlanan bədii kompozisiya nümayiş etdirilib.
Tədbir çərçivəsində ənənəyə sadiq olaraq Yevlax şəhər Uşaq Gənclər İdman Şahmat Məktəbinin şəhidin xatirəsinə həsr etdiyi idmanın Şahmat növü üzrə rayon turnirinin qaliblərinə Fəxri fərmanlar Şəhidin ailə üzvləri tərəfindən təqdim olunub.
Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət, qayğıya görə Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər

 

Keçidlər