Yevlaxda COVİD19 əlehinə monitorinqlər davam etdirilir
COVID-19-un bir variantı olan Omicron ştamının yayılma təhlükəsinə qarşı mübarizə tədbirlərinin aparılması, karantin rejimi qaydalarına ciddi əməl olunması, əhalinin sağlamlığı, sanitariya-gigiyena və sanitar-epidemioloji qaydalarla bağlı məsuliyyət hissinin daha da artırılması məqsədi ilə Yevlax Şəhər İcra Hakimiyyətinin, Polis şöbəsinin əməkdaşları, həmçinin Şəhər İcra Hakimiyyətində yaradılmış Mobil Qrupun üzvləri tərəfindən Yevlax şəhərində növbəti monitorinq aparmışlar.
Monitorinq zamanı şəhər sakinləri, ticarət və ictimai iaşə obyektlərinin sahibləri ilə maarifləndirici söhbətlər aparılmış, tibbi maskadan, gigiyenik vasitələrdən istifadə etməyin və booster doza vaksin qəbul etməyin vacibliyi bir daha qeyd olunmuşdur.