Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda növbəti vətəndaş qəbulu keçirilib

15 fevral 2022 | 16:00

 

Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev növbəti onlayn vətəndaş qəbulu keçirib. Mövcud pandemiya qaydalarına əməl olunmaqla keçirilən qəbul zamanı şəhər və kəndlər üzrə qəbula yazılmış sakinləri narahat edən məsələlər, onların müraciətləri və irəli sürdükləri təkliflər Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev tərəfindən dinlənilib.Vətəndaşlar tərəfindən səsləndirilən fikirlər, müraciətlər və problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq göstəriş və tapşırıqlar verilib.
Qəbulda iştirak edən sakinlər müraciətlərinə diqqətlə və həssaslıqla yanaşılmasından məmnunluqlarını bidirərək onlara yaradılan şəraitə görə Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

 

Keçidlər