Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Yevlax rayon Təşkilatının yeni sədrinin təqdimatı keçirilib

11 fevral 2022 | 16:00


Təqdimat mərasimində Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, millət vəkili İlham Məmmədov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.
Görüşdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə fəaliyyət göstərən Yeni Azərbaycan Partiyasının tarixən zəngin və şərəfli inkişaf yolu keçdiyini bildirib. Anar Tağıyev çıxışında YAP Yevlax rayon Təşkilatının yeni sədri Rafiq Əliyevin bioqrafiyasından danışarkən onun gənc, təcrübəli olduğunu vurğulayaraq, Rafiq Əliyevi Yevlax rayon  Təşkilatına sədr təyin olunması münasibətilə təbrik edib və gələcək işlərində uğurlar arzulayıb.
Tədbirdə çıxış edən millət vəkili İlham Məmmədov Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə fəaliyyət göstərən Yeni Azərbaycan Partiyasının şərəfli, zəngin inkişaf yolu keçdiyini bildirib. Ümummilli Lider Heydər Əliyevin ideyalarına əsaslanaraq Yeni Azərbaycan Partiyasının bu gün misilsiz nailiyyətləri olan alternativsiz siyasi partiyaya çevrildiyini vurğulayıb.
YAP Yevlax rayon Təşkilatının yeni təyin edilmiş sədri Rafiq Əliyev çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə və partiyanın idarə heyətinə təşəkkürünü bildirib, bu etimadı layiqincə doğruldacağını vurğulayıb. Rafiq Əliyev Yeni Azərbaycan Partiyasının Ümummilli Lider Heydər Əliyevin ideyalarına əsaslanaraq, keçdiyi çox böyük və şərəfli yolun Azərbaycanın siyasi tarixinin ən parlaq səhifələrindən biri olduğunu bildirib.
Daha sonra çıxış edən Yevlax Rayon Ağsaqqallar Şurasının sədri Minnət Mürsəlov, Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının veteran üzvü Vahid Quliyev, rayon Suvarma Sistemləri İdarəsinin baş mühəndisi Ariz Mikayılov  Yeni Azərbaycan Partiyasının bu gün misilsiz nailiyyətləri olan alternativsiz siyasi partiyaya çevrildiyini bildirirərək, Rafiq Əliyevi yeni təyinat münasibətilə təbrik edib, bu yolda ona müvəffəqiyyətlər arzulayıblar.

Keçidlər