Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda Şəhidin ad günü qeyd edilib

10 fevral 2022 | 16:00


Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şəhər İcra Hakimiyyəti Başçısı aparatının,Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının Yevlax şəhər 1 nömrəli sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin, YAP Yevlax rayon təşkilatının, Yevlax şəhər Təhsil şöbəsinin,  Yevlax bələdiyyəsinin, Rayon Gənclər və İdman idarəsinin, Şəhər Uşaq Gənclər İdman Şahmat Məktəbinin, Yevlax “Gənclər evi” sosial xidmət müəssisəsinin, məsul şəxsləri və əməkdaşları Vətən Müharibəsi qaziləri Vətən müharibəsi şəhidi Şirinzadə Elnur Xalıqverdi oğlunun doğum günü münasibətilə Şəhidlər xiyabanında məzarını ziyarət edib, önünə gül dəstələri düzərək, əziz xatirəsini böyük ehtiramla yad ediblər. Şəhid ailəsinin nümayəndələrinin, qazilərin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi mərasimdə, şəhidin ruhuna dualar oxunub, şəhidin məzun olduğu 5 saylı tam orta məktəbin şagirdləri tərəfindən onun xatirəsinə hazırladığı bədii kompozisiya nümayiş etdirilib.
Tədbir çərçivəsində ənənəyə sadiq olaraq Yevlax şəhər Uşaq Gənclər İdman Şahmat Məktəbinin şəhidin xatirəsinə həsr etdiyi idmanın sərbəst güləş növü üzrə rayon turnirinin qaliblərinə Fəxri fərmanlar Şəhidin ailə üzvləri tərəfindən təqdim olunub.
Daha sonra şəhidin ailə üzvlərinin yaşadığı ünvan ziyarət olunub, onların qayğıları ilə maraqlanılıb, dərin hüzünlə başsağlığı verilərək,şəhidin keçdiyi şərəfli həyat və döyüş yolundan geniş bəhs edilib.
Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət, qayğıya görə Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər

Keçidlər