Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda Şəhidin ad günü qeyd edilib

09 fevral 2022 | 16:00


Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şəhər İcra Hakimiyyəti Başçısı aparatının,Yevlax Şəhər İcra Hakimiyyəti  Başçısının Yevlax şəhər 1 nömrəli sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin, YAP Yevlax rayon təşkilatının, Yevlax bələdiyyəsinin, Rayon Gənclər və İdman idarəsinin, Şəhər Uşaq Gənclər İdman Şahmat Məktəbinin, Yevlax şəhər Təhsil şöbəsinin məsul şəxsləri və əməkdaşları, Vətən Müharibəsi qaziləri Vətən müharibəsi şəhidi kapitan İsmayılov Kamran Vaqif oğlunun doğum günü münasibətilə Şəhidlər xiyabanında məzarını ziyarət edib, önünə gül dəstələri düzərək, əziz xatirəsini böyük ehtiramla yad ediblər. Şəhid ailəsinin nümayəndələrinin, qazilərin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi mərasimdə, şəhidin ruhuna dualar oxunub, məktəblilərin onun xatirəsinə hazırladığı bədii kompozisiya nümayiş etdirilib.
Tədbir çərçivəsində ənənəyə sadiq olaraq Yevlax şəhər Uşaq Gənclər İdman Şahmat Məktəbinin şəhidin xatirəsinə həsr etdiyi idmanın Futbol növü üzrə rayon turnirinin qaliblərinə Fəxri fərmanlar Şəhidin ailə üzvləri tərəfindən təqdim olunub.
Daha sonra şəhidin ailə üzvlərinin yaşadığı ünvan ziyarət olunub, onların qayğıları ilə maraqlanılıb, dərin hüzünlə başsağlığı verilərək,şəhidin keçdiyi şərəfli həyat və döyüş yolundan geniş bəhs edilib.
Şəhidin ailə üzvləri  şəhid ailələrinə göstərilən diqqət, qayğıya görə Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər

 

 

 

Keçidlər