Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda Şəhidin ad günü qeyd edilib

07 fevral 2022 | 16:00


Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şəhər İcra Hakimiyyətinin YAP Yevlax rayon təşkilatının, Yevlax bələdiyyəsinin, Yevlax “Gənclər evi” sosial xidmət müəssisəsinin, Gənclər İnkişafı Karyera Mərkəzinin Yevlax nümayəndəliyinin, şəhər Uşaq Gənclər İdman Şahmat Məktəbinin, Yevlax şəhər Təhsil şöbəsinin,  Rayon Gənclər və İdman idarəsinin məsul şəxsləri və əməkdaşları rayonun Yuxarı Qarxun kəndindən olan Vətən müharibəsi şəhidi Tağıyev Əkbər Məhəmməd oğlunun doğum günü münasibətilə Şəhidlər xiyabanında məzarını ziyarət edib, önünə gül dəstələri düzərək, əziz xatirəsini böyük ehtiramla yad ediblər. Şəhid ailəsinin nümayəndələrinin, qazilərin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi mərasimdə, şəhidin ruhuna dualar oxunub, məktəblilərin onun xatirəsinə hazırladığı bədii kompozisiya nümayiş etdirilib.
Tədbir çərçivəsində ənənəyə sadiq olaraq Yevlax şəhər Uşaq Gənclər İdman Şahmat Məktəbinin şəhidin xatirəsinə həsr etdiyi idmanın Şahmat növü üzrə rayon turnirinin qaliblərinə Fəxri fərmanlar Şəhidin ailə üzvləri tərəfindən təqdim olunub.
Daha sonra şəhidin ailə üzvlərinin Yuxarı Qarxun kəndində yaşadığı ünvan ziyarət olunub, onların qayğıları ilə maraqlanılıb, dərin hüzünlə başsağlığı verilərək,şəhidin keçdiyi şərəfli həyat və döyüş yolundan geniş bəhs edilib.

Keçidlər