Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda narkomaniya əleyhinə növbəti maarifləndirmə tədbiri keçirilib

28 yanvar 2022 | 16:00


   Yevlax şəhər İcra Hakimiyyəti, Yevlax rayon Polis şöbəsinin birgə təşkilatçılığı ilə Şəhər 8 saylı tam orta məktəbində narkomaniya əleyhinə maarifləndirmə tədbir keçirilib
Tədbirdə Yevlax şəhər İcra Hakimiyyəti başçısının müavini, şəhər İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın sədri Elnarə Əzizova, Yevlax rayon Polis şöbəsinin rəisi, polis polkovniki Elnur Mehdiyev və məktəbin yuxarı sinif şagirdləri iştirak etmişlər.
    Yevlax rayon Polis şöbəsinin rəisi, polis polkovniki Elnur Mehdiyev çıxış edərək tədbirin keçirilməsinin əhəmiyyətindən və dövlətin narkomaniyaya qarşı mübarizə sahəsində apardığı işlərdən söz açdı. Gənclərin narkomaniya xəstəliyi, onunla mübarizə, bu xəstəliyin cəmiyyətdə yaratdığı fəsadlar, insan sağlamlığına vurduğu zərərlər və maarifləndirmə istiqamətdə aparılan işlərdən danışdı. Şagirdləri narkomaniya xəstəliyindən uzaq olmağa, onları Azərbaycanın sosial yüksəlişi, parlaq gələcəyi naminə gənc nəslin nümayəndəsi olaraq sağlamlıqlarını qorumağa və pis vərdişlərdən çəkinməyə çağırdı. Eyni zamanda narkotik alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı aparılan genişmiqyaslı əməliyyat tədbirləri haqqında məlumatları şagirdlərin diqqətinə çatdırdı.
Daha sonra çıxış edən Yevlax şəhər İcra Hakimiyyəti başçısının müavini, şəhər İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın sədri Elnarə Əzizova bildirdi ki, bu gün burada toplanmağımızın əsas məqsəd və məramı bəşəriyyətin ən ağrılı problemlərindən olan, cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniyaya, yəni ağ ölümə qarşı mübarizə tədbirlərini daha da möhkəmləndirmək və təkmilləşdirməkdir. Bu problemin vurduğu zərərin həcmi çox böyük olmaqla həm narkotik istifadəçisinin şəxsiyyətinin deqradasiyasına, həm də onun müxtəlif cinayətlər törətməsinə, həmçinin cəmiyyətin maddi-texniki və intellektual potensialının aşağı düşməsinə, genefondun pisləşməsinə və bir çox mənfi hallara gətirib çıxarır. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyev, Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyeva tərəfindən görülmüş işlərdən, həyata keçirilən layihələrdən, qəbul edilən dövlət proqramlarından söz açan Elnarə Əzizova bu sahədə olan mübarizə tədbirlərinin bu gün də davam etdirildiyini söyləyib.
Sonda isə tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb,
videoçarx nümayiş etdirildi.

Keçidlər