Yevlaxda 20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr edilmiş tədbir keçirilib
20 Yanvar Facisəinin 32-ci ildönümünə həsr edilmiş Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, rayon sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları Şəhidlər xiyabanında 20 Yanvar Abidəsini və şəhidlərin xatirəsinə ucaldılmış abidəni, vətənimizin azadlığı, suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin məzarlarını ziyarət edərək ruhlarına dualar oxuyub, məzarları önünə gül dəstələri qoymuşlar.
Daha sonra Şəhərdəki Heydər Əliyev Mərkəzində 20 Yanvar Hüzn gününə həsr edilmiş rəsm sərgisi,ədəbi bədii kompozisiya nümayiş etdirilmişdir.
Yevlax Şəhər İcra Hakimiyyəti və Şəhər Təhsil Şöbəsinin birgə təşkil etdikləri məktəblilər arasında 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr edilmiş “20 Yanvar Xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda inşa və rəsm müsabiqəsinin qalibləri Fəxri Fərman, qiymətli hədiyyələrlə təltif edilmişdir.
Şəhidlər xiyabanda gün ərzində həzin musiqi səsləndirilib. Saat 12:00-da şəhidlərin əziz xatirəsi ölkəmizin bütün ərazisində olduğu kimi, Yevlaxda da bir dəqiqəlik sükutla yad olunub. Dövlət bayraqları endirilib, nəqliyyatın hərəkəti dayandırılıb.