Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda 20 yanvar Ümumxalq Hüzn gününə həsr olunmuş silsilə tədbirlər keçirilib

19 yanvar 2022 | 16:00


Yevlax Şəhər İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq rayonda fəaliyyət göstərən ümütəhsil məktəblərində 20 yanvar Ümumxalq Hüzn gününə həsr olunmuş silsilə tədbirlər keçirilib.
Tədbirlərdə edilən çıxışlarda vurğulandı ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının mübarizliyinin, əyilməzliyinin, məğrurluğunun göstəricisidir. Şəhidlərimizin qanının hədər axmadı, bugünkü müstəqilliyimizin bünövrəsi o dövrdə qoyuldu. 1990-cı ilin yanvarında sovet imperiyasının qoşun birləşmələrinin Azərbaycan xalqına, dinc əhaliyə  qarşı cinayət törətdi.  32 il keçsə də törədilən bu vəhşilik öz tarixi mahiyyətini itirmir. Məhz bunun nəticəsidir ki, 2020-ci ilin sentyabrında başlayan 44 günlük vətən müharibəsi 8 noyabr tarixində Azərbaycan ərazilərinin Ermənistan tərəfindən otuz ilə yaxın davam edən hərbi işğalına son qoyulması ilə başa çatıb. Bu zəfər ilə həm 20 Yanvar, həm də Qarabağ müharibəsi şəhidlərinin qisası alınıb. Həmçinin bildirilib ki, məhz Ümummilli Lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra - 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilib.
Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev şəhidlərin adının uca tutulmasına, onların ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi diqqət göstərir. Prezident İlham Əliyev 1990-cı ilin yanvarında şəhid olmuş oğul və qızlarımızın xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi üçün mühüm qərarlar vermişdir. Dövlət başçısının 19 yanvar 2006-cı il tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” fərmanı ilə şəhid ailələrinə təqaüd verilir.
Tədbirlərdə şagirdlərin ifasında vətənpərvərlik mövzusunda şerlər səsləndirilib, Şagirdlərin 20 Yanvar faciəsinə həsr edilmiş rəsm sərgiləri nümayiş etdirilib.

Keçidlər