Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda şəhidin ad günü qeyd edildi

11 yanvar 2022 | 16:00


Yevlax Şəhər İcra Hakimiyyətinin və YAP Yevlax Rayon Təşkilatının əməkdaşları 1-ci Qarabağ müharibəsi şəhidi Əliyev Cəlal Əli oğlunun doğum günü münasibətilə rayonun Nemətabad kəndində xatirə kompleksini ziyarət edib, önünə gül dəstələri düzərək əziz xatirəsini böyük ehtiramla yad ediblər. Şəhid ailəsinin nümayəndələrinin, kənd sakinlərinin iştirak etdiyi tədbirdə, şəhidin ruhuna dualar oxunub,şərəfli həyat və döyüş yolundan geniş bəhs olunub. Daha sonra şəhidin yaşadığı ünvanda ailə üzvləri ziyarət olunub, dərin hüznlə başsağlığı verilib və onların qayğıları ilə maraqlanılıb.

 

Keçidlər