Yevlax Heydər Əliyev sarayı əsaslı təmir edilir
07 yanvar 2022 | 16:00
1963-cü ildə inşa edilən saray həmin vaxt “Azərbaycan” klubu adlanırdı. 2006-cı ildə binada yenidənqurma işləri başlamış və əsaslı təmir olunmuşdur. Bina əsaslı şəkildə təmir edildikdən sonra Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 112 saylı 20 aprel 2006-cı il tarixli Qərarı ilə saraya Xalqımızın Ümumilli Lideri Heydər Əliyevin adı verildi. Sarayın ümumi ərazisi 4000 kv metr, tikintialtı sahəsi isə 1416 kv metrdir. Saray 2 mərtəbəli olmaqla 9 otaqdan, 100 və 433 nəfər tutumlu 2 zaldan ibarətdir. İllərdir istismar edildiyindən və yardımçı otaqlar yararsız hala düşdüyündən bina əsaslı şəkildə təmir edilir.